18 May - Kırım Tatarlarının Soyqırım Günü!

1944-cü il mayın 18-də Moskvadan alınan göstərişlə Krımın yarımadasının əksər tatar əhalisi dəmir yolu vaqonlarına dolduraraq 80 eşelonla Özbəkistana sürgün edilib. Krımdan demək olar ki, bütün tatar əhalisi – 240 minə yaxın insan köçürülüb. Nasistlərlə əməkdaşlıqda ittiham edilən krım tatarlarının bu məcburi köçürülməsi bəşər deportasiya tarixində ən qısa müddətdə həyata keçirilmiş əməliyyatlardan biri sayılır.

Tarixçilər deportasiyanın əsl səbəbinin krım tatarlarının o vaxtlar SSRİ-nin potensial rəqibi sayılan Türkiyə ilə yaxşı münasibətlərinin olması ilə izah edir. SSRİ-nin planlarında Krım Türkiyə ilə münaqişə təqdirində strateji platsdarm olmalı idi və Stalin bu münaqişədə tatarları potensial “sabotajçı və satqın” hesab edirdi. Bu nəzəriyyənin həqiqətə yaxınlığını belə bir fakt da göstərir ki, Türkiyə ilə həmsərhəd Qafqaz rayonlarından başqa müsəlman etnosları – çeçenlər, inquşlar, qaraçaylılar, balkarlar və ermənistan ərazisidə yaşayan azərbaycanlılar da köçürülürdü. Krımın kişi tatar əhalisinin 15 faizi Qırmızı ordunun sıralarında döyüşürdü. Deportasiya vaxtı onları da tərxis edib Sibir və Uralın əmək düşərgələrinə göndərilməsi də tarixçılərin diqqət çəkdiyi əsas faktlardandı. 1922-ci ildə SSRİ yaradılarkən Moskva krım tatarlarını Krım Muxtar Sovet Sosialist Respublikasının köklü əhalisi kimi tanımışdı. Krım tatarlarının dili muxtar respublikanın rəsmi dili sayılırdı. Tatarların Krımda öz dilində qəzet-jurnallar nəşr olunur, təhsil müəssisələri, muzeylər, kitabana və teatrlar fəaliyyət göstərirdi. 1930-cu illərdən başlayaraq SSRİ-nin başqa xalqlarına münasibətdə olduğu kimi krım tatarlarına da repressiv siyasət tətbiq olunmağa başladı.

Əvvəlcə qolçomaqlara qarşı mübarizə pərdəsi altında tatarların Rusiyanın şimal bölgələrinə və Ural arxasına köçürülməsi həyata keçirilirdi. Sonra isə zor gücünə kollektivləşdirmə aparıldı. 1932-33-cü illərdə kütləvi süni aclıq baş verdi. 1937-38-ci illərdə isə krım tatarlarının ziyalıları repressiyalara məruz qaldılar. Bütün bunlar krım tatarlarını sover hakimiyyətinə qarşı qoyurdu. Və onlarda Türkiyə sevgisi və anti-sovet əhvalı yaradırdı. Bundan xəbər tutan Stalin II Dünya Savaşında dönüş yaranan kimi Kırım Tatarlarından hesab sormaq qərarına gəldi. Stalınçilər tatarların evlərinə daxil olur və vətənə xəyanət etdiklərinə görə Krımdan köçürüldükləri onlara elan edilirdi. Əşyalarını yığmaq üçün onlara 15-20 dəqiqə vaxt verilirdi. Rəsmi qaydada hər ailəyə 500 kiloqrama qədər yük götürmək icazəsi verilmişdi. Əslində isə bundan daha az götürməyə imkan yaradırdılar. Bəzən isə onlar heç nə götürə bilmirdilər. Adamları yük maşınlarında dəmir yolu stansiyalarına gətirirdilər. Oradan şərqə doğru qapı-pəncərələri mıxlanmış 80 yük qatarı göndərilmişdi. Yol boyunca əksəriyyəti uşaqlar və qocalar olmaqla 8 min insan tələf olmuşdu. Ölümün əsas səbəbi susuzluq və yatalaq xəstəliyi idi. Bəzi adamlar iztirablara dözməyərək ağıllarını itirirdilər. Tatarların Krımda qoyub getdikləri bütün mülkiyyəti Sovet dövləti tərəfindən müsadirə etmişdi. Bütün baş verənlər, o cümlədən sürgündən sonar minlərlə insanın yardılan həyat şərtlərinə dözməyərək tələf olması BMT tərəfindən qəbul olunmuş soyqırım anlayışına yuğun gəlir. Sovet hökuməti krım tatarlarını bir etnik qrup kimi məhv etmək istəyirdi və məqsədəuyğun şəkildə bu istiqamətdə hərəkət edirdi. 2006-cı ildə Krım Tatar Xalqının Qurultayı Ukraynanın Ali Radasına deportasiyanın soyqırım kimi tanınması üçün müraciət etmişdi. Əhalinin yarıya yaxının yox edildiyi bu insqanlıq dramının 75-ci il dönümüdü. Bu səbəbdən Krım tatarlarının ziyalıları tərəfindən BMT başda olmaqla bütün beynəlxalq qurumlara müraciətlər hazırlanaraq 1944-ci ildə Krım tatarlarına qarşı baş verənlərin soyqırım kimi tanınmasını istənilməkdədi.

Sayqılarla,

Ramin Hacılı

Azərbaycan Avropa Hərəkatının prezidenti,

Bütöv Azərbaycan Ocaqlarının İdarə Heyətinin üzvü.


Paylaş

Rəy yaz