Haqqında

Ramin Hacılı

Tərcümeyi-hal (bioqrafiya):

 

Tam adı:  Hacılı Ramin Rasim oğlu

Atası:  Hacıyev Rasim Murtuza oğlu

Anası:  Hacıyeva Hürü Yavər qızı

Təvəllüdü:  02 sentyabr 1983

Boyu: 1.82, Çəki: 176, Göz rəngi: Qəhvəyi, Qan qrupu: A(II) RH+

Doğum yeri: Azərbaycan Respublikası, Füzuli rayonu, Arayatılı kəndi  

Ailə vəziyyəti:  Evli

Həyat yoldaşı: Əlizadə Aysel Alim qızı

Təhsili:  Ali

İxtisası:  Beynəlxalq Siyasi Münasibətlər

Qeydiyyat ünvanı:  Azərbaycan Respublikası, Füzuli rayonu, Arayatılı kəndi

Faktiki yaşayış ünvanı:  Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov 139

Telefon:  +994 12 511 52 99

Mobil:  +994 50 512 86 38

Fax:  +994 12 493 16 23

İş:  +994 55 497 11 45

E-mail:  [email protected]

Web:  www.raminhacili.az

Facebook:  Ramin Hacili ( www.facebook.com/raminhacili )

Skype:  raminhacili

Twitter:  Ramin_Hacili ( http://twitter.com/#!/Ramin_Hacili )

İşi:  Azərbaycan Avropa Hərəkatının prezidenti ( www.euromove.az )

Peşəsi:  Siyasətçi

Siyasi görüşü:  Liberal-demokrat

 

Hacılı Ramin Rasim oğlu 02 sentyabr 1983-cü il tarixində Azərbaycan Respublikası, Füzuli rayonu, Arayatılı kəndində doğulub. 1993-cü ildə erməni hərbi birləşmələrinin Füzuli rayonunu işğalı etməsi səbəbindən məcburi köçkün kimi ailəsi ilə birlikdə Bakı şəhərinə köç edərək vaqonda məskunlaşıb. Orta təhsilini Bakı şəhəri, Nizami rayonu 220 saylı tam orta məktəbdə başa vurub. 2002-ci ildən 2006-cı ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmələr fakültəsində Beynəlxalq Siyasi Münasibətlər ixtisası üzrə ali təhsil alıb. Türkiyə İstanbul Univeristetinin beynəlxalq münasibətlər ixtisası, ABŞ-da liderlik proqramı üzrə və Malta Respublikasının ixtisaslaşdırılmış ingilis dili kursunda təhsil alıb.  

Gənc yaşlarından ictimai-siyasi fəaliyyətlə məşğul olub, onlarla layihəyə rəhbərlik edib, mediada analitik mövqe sərgiləyib, yerli və beynəlxalq qurumlarda çalışıb.

 

- 2002 - 2004   * Rəsulzadə-Elçibəy Ocağında sədr müavini olub.

- 2005 - 2006   * Dalğa Gənclər Hərəkatının (Dalğa GH) həmtəsisçisi və ilk sədri olub.

-2006 – 2007 * ABŞ-ın Hüquqşünaslar Assosiasiyasının dəstəyi ilə Bakı şəhərində keçirilən ”SAGLAM TƏHSİL” kampaniyasına rəhbərlik edib.

- 2006 * Sentyabr ayının 17–dən 2010-cu ilin dekabr ayınadək nəşr olunan “Alma” qəzetinin ideya müəllifi və koordinatoru olub.

- 2007 - 2008 * Dalğa GH-nın təsis etdiyi “Azərbaycan Demokratiya Məktəbi”nin (ADM) direktoru olub.

- 2008 - 2013 * “Azərbaycan Demokratiya Məktəbi”nin təlimçisi olub.

- 2008 - 2010 * ABŞ-ın Demokratiyaya Yardım Fondunun (NED) dəstəyi ilə fəaliyyət göstərən “Demokratiya Akademiyası”nın prezidenti vəzifəsini icra edib.

- 2006 - 2013 * Azərbaycan Demokratik İslahatlar Partiyası Gənclər Təşkilatının sədri və partiyanın Siyasi Şurasının üzvü olub.

- 2008 * Kiyev şəhərində keçirilən “Dünya Demokratiya Hərəkatı”nın Qurultayında Azərbaycan gənclərini təmsil edib.

- 2009 * Türkiyənin Bursa şəhərində keçirilən “Türkiyə, Azərbaycan və Ermənistan münasibətləri” adlı konfransa qatılıb və nüfuzlu media qurumlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqe bildirib. Bursa şəhərində Azərbaycan dövlət bayrağının qadağası barədə Türkiyə Cumhiriyyəti tərəfindən qəbul edilmiş qərarın dəyişdirilməsində aktiv iştirak edib. Bursa şəhərində keçirilən Ermənistan - Türkiyə milli komandaları arasında futbol yarışında qadağan olunan Azərbaycan bayrağını stadiona keçirə bilib və Ermənistan prezidenti Serj Sərkisyanın önündə açıb. Buna görə Bursa polisi tərəfindən saxlanılıb və barəsində araşdırma aparıldıqdan sonra  sərbəst buraxılıb.

- 2010 * Aprel - may aylarında ABŞ Dövlət Departamentinin "Beynəlxalq Qonaqlar üçün Liderlik Proqramı” çərçivəsində ABŞ-ın bir çox ştatında təlim keçərək sertifikat alıb.

- 2010 * Bakıda iki günlük səfərdə olan ABŞ Dövlət Katibi xanım Hillari Kilintonla görüşüb.

- 2010 * 07 Noyabr tarixində keçirilən Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərində Bakı şəhəri, Nizami rayonundan (24 saylı Nizami birinci seçki dairəsi üzrə) deputatlığa namizəd olub.

- 2011 * Yaradılan “Üçüncü GƏLƏCƏK” jurnalının (www.3GJ.az) təsisçisi və baş redaktoru olub.

- 2012 * 17 fevral tarixində Beynəlxalq Avropa Hərəkatının (BAH) Azərbaycan nümayəndəliyi olan Azərbaycan Avropa Hərəkatının prezidenti seçilib.

- 2012 * May ayında BAH-ın Brüssel şəhərində baş tutan Federal Assambleyasına qatılaraq Azərbaycan Avropa Hərəkatını (www.euromove.az) təqdim edib və ermənilər tərəfindən yaradılmış qondarma ”Qarabağ Avropa Hərəkatı” adlı qurumla BAH arasında tərəfdaşlığa son verilməsinə nail olub.

- 2012 * ATƏT-in dəstəyi ilə həyata keçirilən “Gənclərin İctimai–Siyasi Fəallığının Artırılması üzrə Regional Təlimlər” layihəsinin koordinatoru olub.

2012 * Dünya Azərbaycanlılarının birləşdiyi Bütöv Azərbaycan Ocaqlarının (BAO) İdarə Heyətinin üzvü seçilib.

 

- 2013 – 2014 * ABŞ Təhsilli Azərbaycan Məzunları Birliyi (AAA) İdarə Heyətinin üzvü olub.

- 2013 * Dublin şəhərində baş tutan və İrlandiya Respublikası Baş Nazirinin də qatıldığı Avropa Birliyinin genişlənmə proqramı üzrə dinləmələrdə məruzəçi olub.

 

- 2013 * Malta Respublikasında təhsil alıb.

- 2006 * Konfliktologiya üzrə xüsusi təlim alıb. Həmin tarixdən etibarən sülh quruculuğu istiqamətində həyata keçirilən layihələrdə aktiv iştrakçı olub.

- 2013 * Beynəlxalq Avropa Hərəkatının təşəbbüsü ilə Ermənistanda keçirilən “Dağlıq Qarabağ münaqişəsinin həllində Vətəndaş Cəmiyyətinin rolu” mövzusunda müzakirələrdə Azərbaycan tərəfindən təmsilçi kimi İrəvan şəhərində səfərdə olub.

- 2014 * TEDx spikeri kimi çıxış edib.

- 2014 - 2017 * Azərbaycan Ümid Partiyası (AÜP) sədrinin Beynəlxalq Əlaqələr üzrə müavini vəzifəsində çalışıb.

- 2014 - 2015 * Tədris ilində Azərbaycan Diplomatiya Akademiyasında (ADA Universiteti) Avropa Birliyi tarixindən dərs deyib.

- 2015 * 01 noyabr tarixində keçirilən Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərində Bakı şəhəri, Nərimanov rayonundan (19 saylı Nərimanov birinci seçki dairəsi üzrə) deputatlığa namizəd olub.

- 2016 * Fevral ayında Fransa Respublikasının Xarici İşlər Nazirliyinin dəvəti ilə Paris şəhərində işgüzar səfərdə olub.

- 2016 - 2017 * Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunan ”Diqqət Azərbaycana!””Azərbaycanı dünyada necə tanıtmalı?” layihələrinə rəhbərlik edib.

- 2016 * May ayında Haaqa şəhərində Niderland Krallığının Xarici İşlər Naziri ilə Avropa Birliyi – Azərbaycan münasibətlərini müzakirə edib, Beynəlxalq Avropa Hərəkatı tərəfindən təşkil olunan konfransa qatılaraq AB-Azərbaycan tərəfdaşlığı istiqamətində spesifik özəllikləri əks etdirən tezislər irəli sürüb.

- 2016 - 2017 * Azərbaycan Avropa Hərəkatının təşəbbüsü ilə İngilis və Azərbaycan dilində nəşr olunan ”Azərbaycanı dünyada necə tanıtmalı?” jurnallarının tərtibatçısı olub.

- 2016 * Oktyabr ayında ”Azərbaycanın Müstəqillik Günü” tədbirlərini təşkil etmək üçün ABŞ-a səfər edib.

- 2016 - 2018 * Təhsil və turizm sahəsində fəaliyyət göstərən ”No Border” Holdinqdə icraçı direktor, ”ELEND”  İntellektual Turizm Şirkətində konsultant, ”EduTimes” Xaricdə Təhsil Agentliyində ekspert vəzifəsində çalışıb.

- 2016 * Noyabr ayında Brussel şəhərində yerləşən Avropa Parlamentinin binasında təşkil olunan ”Avropanın Gələcəyi” adlı konfransa qatılıb.

- 2016 * Dekabr ayında İstanbul şəhərində baş tutan Türkiyə və Azərbaycan Avropa Hərəkatları arasında əməkdaşlığı daha da dərinləşdirmək üçün təşkil olunan müzakirələrə qatılıb.

- 2017 * Yanvar ayında Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (DİN-in BMCMİ) tərəfindən qondarma ittihamlarla başladılan ”cinayət işi”nə görə 04 oktyabr 2017-ci il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi barəsində 3 il müddətinə azadlığın məhdudlaşdırılması (şərti cəza) hökmü çıxarıb.  

- 2017 * Mart ayının 31-də ailəsi ilə yaşadığı ev müəmmalı şəkildə yanıb.

- 2017 - 2018 * Noyabr ayından həbs olunduğu 04 iyun 2018-ci il tarixinə qədər Avropa Birliyinin dəstəyi ilə həyata keçirilən ”Qız övladlarına qarşı ayrı-seçkiliyin aradan qaldırılması” layihəsinə rəhbərlik edib.

- 2018 - 2019 * Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) qanunsuz başlatdığı və DİN-in BMCMİ-nin qərəzli davam etdirdiyi ”cinayət işi” səbəbindən 04 iyun 2018-ci il tarixindən, 14 mart 2019-cu ilədək (9 ay 10 gün) həbsdə saxlanılıb.

- 2019 * 11 may tarixində ”Biz Qarabağı istəyirik!” kompanıyasını başladıb və 8 iyunun Qarabğ Günü kimi qeyd olunması ideasını irəli sürüb.

- 2019 * 15 may tarixində “Red Fact” adlı internet televiziyyanı təsis edib.

 

2005-ci ildən mətbuatda ictimai-siyasi mövzularda analitik yazılarla çıxış edir.

Avropanın inkişaf tarixi, siyasi sistemlər və idealogiyalar nəzəriyyəsi üzrə mütəxəssisdir.

İctimai - siyasi yazılardan və hekayələrdən ibarət kitab üzərində işləyir.